Qırmızı.az
Sarayda əl qumbarası tapıldı
Saray qəsəbəsində döyüş sursatı tapılıb.
Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən
məlumat verir ki, Abşeron rayonu, Saray qəsəbəsində döyüş sursatı
aşkarlanıb. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri
və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə
cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər.
Müəyyən olunub ki, bu, istifadəyə yararsız olan F-1 markalı əl
qumbarasıdır. Qumbara FHN-in mütəxəssisləri tərəfindən götürülərək
zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş xüsusi meydançaya
aparılıb.
Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə
əraziyə təkrar baxış keçirib və şübhəli əşya aşkar etməyiblər.
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə24 Aprel 18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO