Müğənni özünü həbs etdirdi - Şok
Bizi izləyin

Tabloid.az

Müğənni özünü həbs etdirdi - Şok

İngilis müğənni Lili Alen konsert verməyə getdiyi Avstraliyanın Qvinslənd əyalətində pərəstişkarları ilə zarafat etmək qərarına gəlib.

Axar.az xəbər verir ki, məşhur müğənni hava limanından çıxarkən polislər tərəfindən diz çökdürülərək onu qarşılamağa gələn pərəstişkarlarının qarşısında əllərinə qandal vurulan yerdə çəkilən fotolarını sosial şəbəkədə paylaşıb.

Fotolar İnstaqram foto paylaşım saytında 7 min 700 dəfə bəyənilib. 4.8 milyon izləyiçisinin olduğu Tvitter sosial şəbəkəsində isə fotoya yüzlərlə şərh gəlib və ritvit edilib. Müğənni bir müddət sonra fotonu silib, buna səbəb saxta həbs fotolarına çəkilən polislərin problemlə üzləşməsi olub. Polislər vəzifələrindən sui-istifadə etməkdə günahlandırılaraq istintaqa cəlb olunublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm