Mister Bin məşhurluqda Çorçilli keçdi
Bizi izləyin

Bilgi.az

Mister Bin məşhurluqda Çorçilli keçdi

Mister Bin ən məşhur britaniyalıların siyahısında baş nazir Uinston Çorçill, Çarli Çaplin və şahzadə Diananı keçib.

ANS PRESS-in məlumatına görə, keçirilən sorğuda ABŞ, Çin, Hindistan, Braziliya və Almaniyadan olan 5 mindən çox insan iştirak edib.

Respondentlərdən Birləşmiş Krallığın mədəniyyətində istesna rolu olan adamı adlandırmağı xahiş ediblər.

Dramaturq Uilyam Şekspir siyahının lideri olub. İkinci yerə kral II Yelizaveta, üçüncü yerə futbolçu Devid Bekhem layiq görülüb. Liderlik edən mövqelərdə həmçinin yazıçı Coan Roulinq və müğənni Adel də yer alıb.

Qeyd edək ki, komik Rouenom Atkinson tərəfindən fikirləşmiş personaj mister Bin siyahıda bir çox məşhur adamları keçməyi bacarıb. Bunlar arasında baş nazir Uinston Çorçill, Çarli Çaplin və Diananın adını qeyd etmək olar. Bundan başqa, o Con Lennon və Pol Makkartni kimi əfsanə musiqiçiləri də qabaqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm