Ermənilər Qazaxı atəşə tutdu - Bir hərbçimiz yaralandı - Özəl
Bizi izləyin

Qırmızı.az

Ermənilər Qazaxı atəşə tutdu - Bir hərbçimiz yaralandı - Özəl

Bu gün axşam saat beş radələrində Qazaxın Quşçu Ayrım kəndində Ermənistan Silahlı Qüvvələri bir hərbçimizi yaralayıb.

Publika.az-ın Tovuz müxbirinin verdiyi məlumata görə, yaralanan müddətdən artıq xidmət edən, 1995- ci il təvəllüdlü Mustafayev Tural Natiq oğludur.

O aldığı iki güllə yarası ilə Şəmkir hərbi hospitalına yerləşdirilib.

Tural Mustafayev Ağstafanın Qırılı kəndindən hərbi xidmətə çağırılıb.

Ermənistan Silahlı Qüvvələri ötən gün saat 16:00-dan etibarən Qazaxın Məzəm və Quşçu Ayrım kəndlərini iriçaplı silahlardan atəşə tutub. Atışma təxminən 20 dəqiqə əvvəl dayanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm