Dünya
ABŞ informasiya müharibəsinə hazırlaşır
ABŞ Nümayəndələr Palatası Beynəlxalq Yayım Şurasının
fəaliyyətinin tam nəzərdən keçirilməsinə dair qanun layihəsini
qəbul edib.
ANS PRESS-in məlumatına görə, qanunun tərəfdarları Amerikanın Çin
və Rusiya kimi ölkələrə qarşı informasiya müharibəsinin
genişləndirilməsini istəyir.
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Ed Roys
deyib ki, Ukrayna hadisələrinə beynəlxalq qəzəb Rusiyanın
regiondakı təbliğatı qarşısında Amerikanın rolunun mühümlüyünü
göstərir. “Kim bu təbliğatın qarşısına çıxacaq? Bizim ən böyük
silahımız fəaliyyəti məhv olan Beynəlxalq Yayım Şurasıdır.”
İslahatlar sabiq dövlət katibi Hillari Klintonun əhəmiyyətini
itirmiş adlandırdığı Beynəlxalq Yayım Şurasının ixtisarı və ona
yeni icraçı direktorun təyinatını nəzərdə tutur.
Media ekspertləri isə həyəcan təbili çalır. Sərhədsiz Reportyorlar
Təşkilatı Amerikanın Səsi, Azad Avropa və Azadlıq kimi media
orqanlarının diplomatik alətə çevrilməməsini tələb edib. Təşkilatın
baş katibi Kristofer Deloir bildirib ki, informasıya müharibəsinə
keçid ciddi peşmançılıq verə bilər.
Yayımla bağlı digər bir qanun layihəsi Senatda səsə qoyulmalıdır.
Daha sonra sənəd ABŞ prezidenti Barak Obamanın imzasına
göndərilməlidir. Lakin Senatın məsələni nə zaman gündəmə gətirəcəyi
bəlli deyil.
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO