Qaxda meşə yanğınının qarşısı alındı
Bizi izləyin

Qırmızı.az

Qaxda meşə yanğınının qarşısı alındı

Qax rayonunun Alatəmir kəndində meşədə baş verəcək yanğının qarşısı alınıb.

FHN mətbuat mərkəzindən Publika.az-a daxil olan məlumata görə, rayon mərkəzindən 25 km aralıda olan kənddə bələdiyyəyə məxsus 1 hektarlıq ərazidə biçilmiş taxıl sahəsi, meşə ərazisində 0.5 hektar sahədə kol-kos və ağaclar yanıb.

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm