Həmasla İsrail görüşəcək - FOTOLAR
Bizi izləyin

Dünya

Həmasla İsrail görüşəcək - FOTOLAR

srailin Qəzza əməliyyatı davam edir. ANS PRESS-in məlumatına görə, Reutersin bölgə müxbiri bu səhər baş verən bombardımanda ən azı 21 nəfərin öldüyünü qeyd edir. Buna baxmayaraq İsrailin 2-ci kanalının məlumatına görə Qahirədə baş tutacaq atəşkəs anlaşması yönündə əsaslı irəliləyiş əldə olunub. Bu gün Fələstin tərəfi atəşkəsin elan olunması ilə əlaqədar danışıqlara qatılmaq üçün Misirin paytaxtına nümayəndə heyəti göndərməlidir.

Qəzzanın Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf Əl-Qidra şərqi Cebalya bölgəsinə atılan bombalar nəticəsində 13 nəfərin öldüyü və bir çox yaralıların olduğu barədə məlumat yayıb. Onun sözlərinə görə ölənlər arasında bu dəfə də uşaq və həkim heyəti olub. Bundan əlavə bomvardıman nəticəsində Jebalyada beşi bir ailənin üzvü olmaqla daha 8 nəfər həlak olub. Bununla da ümumi ölənlərin sayı, əksəriyyəti dinc əhali olmaqla 1 224 nəfərə çatıb. İsrail tərəfindən isə 3-ü mülki şəxs olmaqla 53 nəfər həyatını itirib.























Oxumağa davam et
Reklam
Reklam

Gündəm