İsti çay xərçəngə səbəb olur?
Bizi izləyin

Sağlamlıq

İsti çay xərçəngə səbəb olur?

Britaniyalı alimlər iddia ediblər ki, həddindən çox isti çay içmək qida borusunun xərçəngi riskini artırır. Britaniya "Tibb" jurnalında dərc edilmiş araşdırmaya əsasən, Selsium cədvəli ilə 70 dərəcə və ondan çox temperaturda çay içmək bu riskin 8 dəfə artmasına səbəb ola bilər.

Ekspertlər deyirlər ki, bu, qeyri-qərb ölkələrində xərçəngin məhz bu növünün niyə daha çox yayıldığını izah edə bilər. Bir çox qərb ölkələrində çaya süd qatırlar ki, bu da içkinin temperaturunu tələb olunan qədər azaldır.

Qida borusu xərçəngi hər il dünya üzrə 10 minlərlə insanın ölümünə səbəb olur. Avropa və Amerikada bu xəstəliyin əsas səbəbinin spirtli içkilər və tütün olduğu düşünülürdü. Amma dünyanın başqa yerlərində xərçəngin bu növünün niyə belə yayıldığı naməlum qalırdı.

Britaniyanın Xərçəng Xəstəliyi Tədqiqatları Fondunun nümayəndəsi liver Çayldz deyir ki, mütəmadi olaraq isti çay içmək və isti yeməklər yemək qida borusunun səthində iltihab prosesinə səbəb ola bilər və xərçənglə nəticələnə bilər. Buna görə alimlər, qaynar çay stəkanlara süzüləndən sonra 4 dəqiqə gözləməyi məsləhət görürlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm