Dünya
Qəzzada ölənlərin sayı durmadan artır
İsrail ordusunun Qəzzaya hücumu nəticəsində ölənlərin sayı 1258-ə, yaralıların sayı 7100-ə çatıb. Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbər görə, bu barədə Qəzzada fəaliyyət göstərən Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, ötən gecədən bu gün səhər saat 09:30-dək hücumlar nəticəsində 28 nəfər ölüb.
İsrail ordusu Fələstinlilərin Qəzzada sığındığı Birləşmiş Millətlər Fələstinli Mültəcilərə Yardım Quruluşuna (UNRWA) aid məktəbə hücum edib. Hücum nəticəsində 15 nəfər ölüb, azı 100 nəfər yaralanıb. Ölü və yaralıların sayının artacağı ehtimal edilir.
Səhiyyə Nazirliyinin ilkin açıqlamasında çoxu uşaq və qadın olmaqla ölənlərin sayının 20 olduğunu bildirilmişdi. Əşrəf əl-Kudra sonuncu açıqlamasında 15 nəfərin olduğunu rəsmən açıqlayıb.
Xatırladaq ki, İsrail ordusunun iyulun 24-də İsrail ordusunun UNRWA-ya aid başa bir məktəbə hücumu nəticəsində 15 nəfər ölmüş, 200-ü yaralanmışdı. İyulun 7-dən başlanan kimi hava, dəniz və qurudan hücumları nəticəsində bu günə qədər 252-si uşaq, 94-ü qadın, 50-si yaşlı olmaqla 1254 nəfər ölüb. Bundan başqa, 1980 uşaq, 1175 qadın və 259 yaşlı insan yaralanıb.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...