Krımda oğru “sxodka”sına basqın: 5 qanuni oğru həbs edildi
Bizi izləyin

Dünya

Krımda oğru “sxodka”sına basqın: 5 qanuni oğru həbs edildi

Yaltada 5 qanuni oğru və bir deputat həbs edilib.

Rusiya Daxili İşlər Orqanlarının əməkdaşları oğru “sxodkasının” qarşısını alıblar.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Yalta-İnturist “otelində ümumilikdə 40 nəfər həbs edilib. Onların arasında Kaxa Tbiliski, Sirkaç, Piçuqa, Kamo Qorkovski və Nodar Rustavski kimi tanınmış qanuni oğru olub.

“Sxodka”da Ukrayna Radasının Regionlar Partiyasından olan üzvü Vitali Bolt da iştirak edirmiş. Sən demə, Piçuqa ləqəbli oğru deputatın oğlunun xaç atası imiş.

Profilaktik söhbətdən sonra tutulanların hamısı azad edilib.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm