Yanğın qoruq ərazisinə ziyan vurdu
Bizi izləyin

Qırmızı.az

Yanğın qoruq ərazisinə ziyan vurdu

İyulun 29-da Hirkan Milli Parkının Haftoni meşəbəyiliyinin 23 saylı dolayında yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, naməlum səbəblərdən baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikasının səyi nəticəsində söndürülüb.

Yanğın nəticəsində Qoruğun 1 hektar ərazisinə ziyan dəyib.Yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

İyulun 30-da da gecə saatlarında Qax rayonu, Alatəmir kəndində meşə torpaqları ilə sərhəddə yerləşən kənd bələdiyyəsinə məxsus ərazidə yanğın hadisəsi baş verib.

Dərhal əraziyə cəlb olunmuş Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və Fövqəladə Hallar Nazirliyinin
Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində yanğının qarşısı tam alınaraq meşə torpaqlarına keçməsinə imkan verilməyib. Hadisə nəticəsində biçilmiş taxıl sahələri və kol örtüyünə ziyan dəyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm