Onun atasını oğurladılar
Bizi izləyin

İdman

Onun atasını oğurladılar

Onun atasını oğurladılar

“Yuventus”un argentinalı ulduzu Karlos Tevesin atasını oğurlayıblar.

Publika.az xəbər verir ki, hadisə dünən səhər Buenos-Ayresdə baş verib. Quldurlar girovun azad edilməsi üçün 40 min avro tələb ediblər.

Polisin keçirdiyi əməliyyat nəticəsində Tevesin atası 8 saatdan sonra azad olunub. İtaliyada olan futbolçu Argentinaya getmək üçün aeroporta yollansa da, atasının azad olunduğu xəbərini alınca fikrini dəyişib.

Teves tvitterdə yazdığı şərhdə ona dəstək olan hər kəsə təşəkkür edib:

“Dəstəyə görə hər kəsə təşəkkür edirəm. Atam özünü yaxşı hiss edir və təhlükəsiz yerdədir. Ailəmiz adından federal polisin əməkdaşlarına təşəkkür edirəm.

Təəssüf hissi ilə qeyd edirəm: Vətəni tənqid etmək asandır. Ancaq bütün yaxşı və pis cəhətləri ilə bərabər mən bu vətəni sevirəm”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm