Bərdədə qatar maşınla toqquşdu
Bizi izləyin

Qırmızı.az

Bərdədə qatar maşınla toqquşdu

Bərdədə qatar avtomobillə toqquşub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə iyulun 29-u saat 12:00-də baş verib.


Belə ki, Köçərli-Bakı sərnişin qatarı Bakı istiqamətində hərəkət edərkən, rayonun Həsənqaya kəndi ərazisində qorunmayan dəmir yolu keçidini keçmək istəyən Qərib Eldəniz oğlu Qarayevin idarə etdiyi “DAEWOO ESPERO” markalı 10 UC 622 dövlət nömrə nişanlı avtomobili vurub.


Zərbənin təsirindən avtomobil keçidin yanındakı işıqlandırma dirəyinə də çırpılıb. Qəzadan sonra minik avtomobili tamamilə yararsız hala düşüb.


Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən biri xəsarət alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm