Vüqar Muradov: “Kənan məni döyməyib”- ÖZƏL
Bizi izləyin

Tabloid.az

Vüqar Muradov: “Kənan məni döyməyib”- ÖZƏL

“Kənan məni döyməyib, yalan söhbətdir. Kənanın həbsi ilə bağlı xəbəri də başqalarından eşitmişəm. Nə döymək, nə vurmaq, boş söhbətdir”.

Tanınmış rejissor Kənan MM-in döydüyü söylənilən müğənni Vüqar Muradov Publika.az-a açıqlama verərək döyülmədiyini deyib.

Binəqədi Rayon Prokurorluğundan Publika.az-a verilən xəbərə görə, rejissor barəsində xuliqanlıq maddəsilə cinayət işi başlanıb.

Hadisəyə səbəb Kənan MM-lə “Yeni ulduz” layihəsinin qalibi, müğənni Vüqar Muradov arasında yaranmış mübahisə olub.

ATV kanalında yayımlanan “Ulduzların döyüşü” müsabiqəsində yarışan Vüqar Muradovun Kənan MM-ə qalib gəlməsi rejissorun qəzəbinə səbəb olub və o, V.Muradovun ünvanına mətbuatda kəskin açıqlamalar verib.

Beləliklə, onların arasında mübahisə düşüb. Mübahisədən sonra Kənan idmançı dostları ilə birlikdə müğənnini döyüb.

Bu səbədən də rejissor həbs olunub və barəsində cinayət işi başlanıb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm