Həccə getmək istəyənlər yeni proseduralardan keçəcək
Bizi izləyin

Qırmızı.az

Həccə getmək istəyənlər yeni proseduralardan keçəcək

Avropadan Səudiyyə Ərəbistanına gedəcək müsəlmanlar yeni proseduralardan keçəcək.
ANS PRESS-in məlumatına görə, son iki dəyişiklikdən sonra hacı olmaq istəyənlərdən səyahət etmək üçün sağlamlıq haqqında sənəd və barmaq izi istəniləcək. Bu tələblər Səudiyyə Ərəbistanı tərəfindən irəli sürülüb.


Bu prosedura ilk dəfə tətbiq olunacaq. Yeni dəyişikliklər müsəlmanların gömrükdən girişini asanlaşdırmaq məqsədilə edilib. Artıq Belçika, Hollandiya və Fransada bu prosedur dəqiqləşib. Almaniyada isə bir neçə günə dəqiqləşəcəyi gözlənilir.


Hacı olmaq istəyən müsəlmanlar sağlamlıq haqqında sənədi öz həkimlərindən ala biləcəklər. Barmaq izi vermək isə xüsusi səyyar xidmət vasitəsi ilə mümkün olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm