20 nömrəli məktəbin şagirdləri başqa məktəblərə köçürüləcək
Bizi izləyin

Qırmızı.az

20 nömrəli məktəbin şagirdləri başqa məktəblərə köçürüləcək

20 nömrəli məktəb-liseydə təmir işləri ilə əlaqədar olaraq şagirdlər iki məktəbə köçürüləcək. Bu barədə Publika.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

“Məktəb-liseydə təhsil alanların tədris mühitinin daha da yaxşılaşdırılması məqsədilə tədris ocağının yeni tələblər səviyyəsində qurulması üçün əsaslı təmir olunur. Müvəqqəti olaraq məktəbin ibtidai sinifləri 172, yuxarı sinifləri isə 325 saylı orta məktəblərə köçürüləcək. Təmir bitdikdən sonra şagirdlər öz məktəblərinə qaytarılacaqlar. Məktəbdə 2830 şagird təhsil alır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm