Bakıda qəza: ölən və yaralanan var
Bizi izləyin

Qırmızı.az

Bakıda qəza: ölən və yaralanan var

Sabunçu rayonu, Maştağa qəsəbəsində ağır yol qəzası baş verib.

Sabunçu Rayon Polis İdarəsindən Publika.az-a verilən xəbərə görə, Cəlal Nəcəfov idarə etdiyi "VAZ" markalı avtomobillə yolu keçən iki qadını vurub.

Nəticədə şəxsiyyəti məlum olmayan 45-50 yaşlı qadın hadisə yerindəcə keçinib. 25 yaşlı digər qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Sürücü artıq məsuliyyətə cəlb olunub.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm