Azərbaycanlı qadın evini Putinə vəsiyyət etdi
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı qadın evini Putinə vəsiyyət etdi

Bakı sakini Heydərova Səyyarə Rövşən qızı bütün var-dövlətini Rusiya prezidenti Vladimir Putinə vəsiyyət edib.

Bu barədə Rusiya KİV-ləri xəbər verir.


Bakının 40 yaşlı sakininin bu hərəkəti həm Azərbaycan, həm də Rusiyada böyük maraqla qarşılanıb. Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları bildiriblər ki, Səyyarənin atası KQB-də polkovnik olub. O həmçinin Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələrə malik olub. Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları Səriyyənin bu hərəkətini məhz bu faktla izah edirlər.

Səyyarə Heydərova isə məsələ ilə bağlı açıqlama verərkən, ilk növbədə, ağlının başında olduğunu və ruhi xəstə olmadığını vurğulayıb.


Qeyd edək ki, 40 yaşlı Bakı sakininin ailəsi və qohumları yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm