“Bakcell”in kredit fırıldaqları...
Bizi izləyin

Qırmızı.az

“Bakcell”in kredit fırıldaqları...

Ölkədə fəaliyyət göstərən mobil operatorların fırıldaqları, abonentləri aldatması, istifadəçiləri şirnikləndirici vədlərlə müflis etməsi artıq heç kimə sirr deyil. Yalan vədlər, keyfiyyətsiz xidmət, insanları müəyyən yollarla aldadıb onlardan əlavə pul almaq artıq mobil operatorlarda ənənə halını alıb. Xarici ölkələrdə fəaliyyət göstərən mobil operatorlar rəqabətə davam gətirmək, daha çox istifadəçi cəlb etmək üçün qiymətləri aşağı salıb istifadəçilərə yüksək səviyyədə xidmət göstərməyə çalışırlar. Ancaq bizim operatorların qarşılarına qoyduqları əsas məqsəd “kim müştəridən daha çox pul qopardı”, “ kim kimi daha çox aldatdı” prinsipinə əsaslanır.

Bu mənada artıq öz “peşəkarlığı” ilə seçilən “Bakcell” mobil operatoru bütün rəqiblərini geridə qoyaraq yeni üsullara əl atıb.

Belə ki, artıq bir müddətdir şəhərin iri super-marketlərində, mağazalarında “Bakcell”in kontur kartları qəhətə çəkilib. Yalnız 10 və 20 manatlıq kartlar tapmaq olur ki, bu da hər kəsin cibinə, büdcəsinə uyğun deyil. Belə olan halda, bazarda 1-2 manatlıq kontur kartları tapa bilməyən istifadəçilər də məcbur olub “Bakcell” in “cin kredit” xidmətinə üz tuturlar. Məlum məsələdir ki, balansında kifayət qədər vəsait olmayan istənilən abunəçi “cin kredit” xidmətindən yararlanır. Əgər nəzərə alsaq ki, hər bir abunəçi götürdüyü 1 manatlıq kreditə görə şirkətə 20 faiz ödəmə edəcək, o zaman “Bakcell” şirkətinin abonentlərinin cibinə hansı üsulla girib, nə qədər pullar qazandığını təsəvvür etmək heç də çətin deyil. Yəni dolayısı ilə şirkət kontur kartlarını satışa buraxmamaqla insanları kredit götürməyə məcbur edir. Bu isə təbii ki, heç bir əziyyət çəkmədən və heç bir xərc qoymadan şirkətin gəlirlərinin 20 faiz artması deməkdir. İtirən tərəf isə heç şübhəsiz ki, “Bakcell” abonentləridir. Bu, istifadəçilərin 20 qəpiyinə göz dikən “Bakcell” şirkətinin “mahir cibgirliyi” ilə yanaşı, həm də istifadəçi hüquqlarının pozulması deməkdir.

Məsələ ilə bağlı adıçəkilən şirkət dəfələrlə problemin həll olunacağını bildirsə də, mövcud problem olduğu kimi qalmaqdadır. Niyə də həll etsinlər ki? Axı bu yolla daha çox pul qazanmaq olur...

Hikmət Kərimoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm