Avropada ard-arda yəhudi sinaqoqları yandırılır
Bizi izləyin

Bilgi.az

Avropada ard-arda yəhudi sinaqoqları yandırılır

Almaniyanın Vupertal şəhərində polis, sinaqoqu yandırmaq istəyən 18 yaşlı fələstinli gənci həbs edib.

Publika.az İsrail mətbuatına istinadən xəbər verir ki, o, sinaqoqa içərisində yandırıcı maddə olan butulkalar atıb. Lakin planı baş tutmayıb. Polisin yerindəcə müdaxiləsi sayəsində heç kim zərər görməyib.

Dindirilmə zamanı gənc özünü fələstinli adlandırıb. Lakin bu fakt hələ təsdiqlənməyib. Bildirilir ki, sinaqoqa hücum edənlər 3 nəfər olub. İndi azadlıqda qalan daha 2 nəfərin axtarışı gedir.

Almaniyanın yəhudi icmasının rəhbəri Diter Qrauman hadisəni şərh edərkən bildirib ki, İsrail-Fələstin münaqişəsi başlayandan Avropa ölkələrində antisemit çağırışlar çoxalıb. Almaniyanın 200 minlik yəhudi icması qorxu içindədir. Fransada artıq 5 sinaqoq yandırılıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm