İdman
FİLA prezidenti Azərbaycana məktub göndərdi
25-27 iyul 2014-cü il tarixdə Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçirildi.
Publika.az xəbər verir ki, yarışda 35 ölkədən 400-ə yaxın idmançı mübarizə apardı. Eyni zamanda Beynəlxalq Güləş Federasiyası - FİLA-nın prezidenti və İcraiyyə Komitəsinin üzvləri də ölkəmizə təşrif buyurmuşdu.
FİLA prezidenti kimi ölkəmizə ilk səfərini reallaşdıran Nenad Laloviç qayıtdıqdan sonra Azərbaycan Güləş Federasiyasının Prezidenti Fazil Məmmədova təşəkkür məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Məmmədov,
Bakı şəhərində təşkil olunmuş Qızıl Qran Pri turniri zamanı göstərdiyiniz yüksək diqqət və qonaqpərvərliyə görə, Sizə dərin minnətdarlığımı bildirirəm.
Qızıl Qran Pri yarışının yüksək səviyyədə təşkili, habelə Azərbaycan güləşçilərinin göstərdiyi nəticələr məni heyran etdi. Bu idman tədbirinin uğurlu keçməsi ilə bağlı Sizi səmimi qəlbdən təbrik edirəm.
Əməkdaşlığınıza görə bir daha Sizə öz minnətdarlığımı bildirirəm”.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!