Pişiklər adası – Fotolar
Bizi izləyin

Bilgi.az

Pişiklər adası – Fotolar

Yaponiyada yerləşən Toşirojima adasını ziyarət etmək üçün bir çox insan işdən məzuniyyət götürür və çantasını yığıb dərhal adaya yollanır.

Toşitojima adası Yaponiyanın şərq sahillərində yerləşir. Bəs turistləri bu adaya cəlb edən səbəb nədir? Əlbəttə ki, pişiklər. Bir sözlə, bu ada pişiklərin məskəni hesab olunur.

Adada cəmi 100 nəfər yaşayır. Pişiklərin sayı isə ada sakinlərindən çoxdur.

İş ondadır ki, pişiklərin çoxalmasına və onların qidalanmasına elə insanlar bais olur. Çünki ada sakinlərinin fikrincə, pişikləri yemləmək var-dövlət və xoşbəxtlik gətirir.

Adaya it gətirmək isə qadağandır. Pişiklər ipək məmulatını məhv edən qurdun təbii düşmənidir, onları məhz bu səbəbdən adada saxlayırlar. İndi isə burada pişiklərin sayı o qədər artıb ki, artıq onlara tamaşa etmək üçün turistlər də gəlir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm