Avtomobil dərəyə aşdı
Bizi izləyin

Qırmızı.az

Avtomobil dərəyə aşdı

Azərbaycanda yol qəzası olub.

ANS PRESS-in məlumatına görə, hadisə Xaçmaz-Quba yolunun 6-cı kilometrliyində, Yergüc kəndi ərazisində baş verib.

Belə ki, Quba rayonunun Barlı kənd sakini Fariz Şahkərimovun idarə etdiyi “Wolsvagen-Passat” markalı avtomaşın idarəetməni itirərək dərəyə yuvarlanıb.

Nəticədə sürücü və maşında olan iki nəfər müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralılar 53 yaşlı Məlahət Şahkərimova və bir yaşlı Güllü Şahkərimovanın vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm