Ukrayna ordusu terrorçuları mühasirəyə alır
Bizi izləyin

Dünya

Ukrayna ordusu terrorçuları mühasirəyə alır

Ukraynanın şərqində separatçılara qarşı ordu qüvvələrinin əməliyyatları uğurla davam edir. Publika.az-ın liga.net-ə istinadən verdiyi məlumata görə, Rusiyadan dəstəkləndiyi və maliyyələşdiyi şübhə doğurmayan terrorçu və qanunsuz qruplaşmalar ətrafında mühasirə günbəgün daralmaqdadır.

Dünən Ukrayna silahlı qüvvələri Donetsk vilayətindəki Avdeyevka məntəqəsini azad ediblər. Hazırda döyüşlər Luqansk vilayətinin Pervomaysk şəhəri uğrunda gedir.

İlovayskda terrorçuların qalıqlarının neytrallaşdırılması və minalanmış obyektlərin zərərsizləşdirilməsi üçün əməliyyat keçirilir. Debaltsov şəhərinin azad edilməsi hesabına Ukrayna nizami ordu birləşmələrinə silah, döyüş sursatları və ərzaq çatdırılması işi yoluna qoyulub.

Rayonun yollarında əlavə blokpostlar quraşdırılıb. Bu da öz növbəsində Ukrayna hərbçilərinin mövqeyinin güclənməsinə və Qorlovka və Donetsk ətrafında mühasirəni daha da daraltmağa imkan verib. Beləliklə, terrorçu və qanunsuz silahlı qüvvələrə resurslar çatdıran yolların əksəriyyəti nəzarətə götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm