Rusiya tankları Ukraynada
Bizi izləyin

Dünya

Rusiya tankları Ukraynada

Ukraynaya Rusiya ərazisindən 7 tank daxil olub, 50 tank isə Rusiya-Ukrayna sərhədində dayanıb.

Publika.az-ın məlumatına görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik Xidmətinin (UMTX) açıqlamasında bildirilir.

Açıqlamada deyilir ki, ötən axşam “Uspenka” sərhəd keçid məntəqəsi tankların Ukrayna ərazisinə keçdiyini qeydə alıb. Separatçılar tankları Dmitrovki rayonuna keçirərkən ukraynalı hərbçilərlə atışma olub.

Separatçılar geri çəkilməyə məcbur olsa da ölkə sərhədinin digər hissəsindən rus tankları Ukraynaya keçməyə nail olub.

UMTX-nın açıqlamasına görə, hazırda Ukrayna-Rusiya sərhədində 50 tank, 2 “Qrad”, 1 BMP və 10 digər hərbi texnikalar cəmləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm