Prezident sərəncam imzaladı
Bizi izləyin

Nida.az

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının tikilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Dövlət Miqrasiya Xidmətinə onun yeni inzibati binasının tikilməsi üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm