"Qarabağ" "Zalsburq"a ilk oyunda qalib gəldi
Bizi izləyin

İdman

"Qarabağ" "Zalsburq"a ilk oyunda qalib gəldi

Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilib. Publika.az xəbər verir ki, Azərbaycanın qitənin ən nüfuzlu klub turnirindəki təmsilçisi - son ölkə çempionu "Qarabağ" da növbəti sınağına çıxıb.

Ağdam klubu bu turnirdə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Malta "Valletta"sıydı. "Qarabağ" bu rəqibini səfərdə 1:0, Bakıda isə 4:0 hesabı ilə üstələyərək, adını növbəti mərhələyə yazdırdı. Bu mərhələdə isə təmsilçimizin rəqibi Avstriya "Zalsburq"udu. Bu komandanın mübarizəyə birbaşa üçüncü təsnifat mərhələsindən başlaması rəqibin necə ciddi klub olmasından xəbər verir.

Cavab görüşü səfərdə keçiriləcəyindən "Qarabağ" ilk oyunda sərfəli nəticə qazanmağa borcluydu. Komandamızın buna nə dərəcədə nail olacağı maraqla gözlənilirdi. Ağdam klubu bu görüşdə çox gözəl futbol sərgiləsə də, iki futbolçusunu itirmək bahasına da olsa, yalnız 2:1 hesablı qələbəyə sevinib. Cavab görüşündə isə “Qarabağ”ın işi çox çətin olacaq.

Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsi (ilk oyun)
30 iyul

Qarabağ - Zalsburq - 2:1 (1:0)
Qol: D.Dias, 2 (1:0), C.Soriano, 77 (1:1), Reynaldo, 86 (2:1).
Sarı vərəqə: K.Leytqeb, 31, R.Almeyda, 32, A.Teli, 39, A.Teli, 42, Q.Qarayev, 43, B.Hüseynov, 55, M.Hinteregger, 59, K.Kampl, 90+2.
Qırmızı vərəqə: K.Şveqler, 34, A.Teli, 42, Reynaldo, 88.
Baş hakim: Sergey Boyko (Ukrayna).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

QARABAĞ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (18. İlqar Qurbanov, 46), 5. Maksim Medvedev, 24. Admir Teli (k), 25. Ansi Aqolli, 9. Reynaldo, 11. Danilo Dias (7. Namiq Yusifov, 70), 20. Riçard Almeyda, 41. Leroy Corc (14. Rəşad Sadıqov, 57), 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 10. Muarem Muarem, 6. Hacı Əhmədov, 17. Vüqar Nadirov.
Baş məşqçi: Qurban Qurbanov.
ZALSBURQ: 31. Peter Qulaç, 6. Kristian Şveqler, 17. Andreas Ulmer, 36. Martin Hinteregger, 5. Andre Ramalyo, 8. Nabi Keyta (4. Peter Ankersen, 38), 10. Sadio Mane, 24. Kristof Leytqeb (42. Nils Kaşner, 90), 44. Kevin Kampl, 7. Marsel Zabitser (77. Massimo Bruno, 61), 26. Conatan Soriano.
Ehtiyat oyunçular: 33. Aleksander Valke, 15. Frants Şyemer, 29. Rodney, 37. Valentino Lazaro.
Baş məşqçi: Adolf Hütter.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm