Taleh Heydərov Foto-yarışa start verdi
Bizi izləyin

Qırmızı.az

Taleh Heydərov Foto-yarışa start verdi

2015-ci ilin iyununda, Azərbaycanın paytaxtı - Bakıda keçirilməsi planlaşdırılan Avropa ölkələri arasında tarixdə ilk Olimpiya oyunlarına hazırlıqlar davam edir. Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq olimpiya təşkilatı tərəfindən keçirilən Avropa Oyunları (European Games) üçün nəzərdə tutulmuş stadion və digər tikililərdə işlər davam edir. Artıq sıra bu möhtəşəm tədbirin təbliği ilə bağlı təşviqat işlərinə də çatıb.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydəroun rəhbərlik etdiyi “The European Azerbaijan Society (TEAS) ( Avropa Azərbaycan Cəmiyyəti) ” yaydığı növbəti bəyanatda deyilir ki, Cəmiyyət “Azerbaijan – Sport in Focus” adlı yarışa start verir. Peşəkar və həvəskar fotoqrafların qatıla biləcəyi yarışda qaliblərə müvafiq mükafatlar veriləcək. Yarışa qatılanların Bakı səfərinin bütün xərcləri ödəniləcək, ö cümlədən onlar Avropa Oyunları ərzində oyunların hamısına biletlə təmin olunacaqlar. Yarış iştirakçılarının həftəsonu istirahətləri üçün də tədbirlər nəzərdə tutulub. Onlara iPad-də veriləcək.

O da xüsusən vurğulanır ki, yarışa qatılmaq istəyənlər idmanla bağlı fotolarını Münsiflər heyətinə təqdim etməlidir. Yalnız bu mərhələdən keçənlər yarışa qatıla bilər.

Münsiflər Heyəti beynəlxalq səviyyədə tanınan fotoqraflardan təşkil olunub: Ed Qaşi, Filip Razmer və Aqdes Bağırzadə yarış iştirakçılarının təqdim etdiyi fotoları dəyərləndirəcəklər.

Yarışı əks etdirən və mükafata layiq görülmüş fotolar Avropa Azərbaycan Cəmiyyətinin London, Paris, Brussel, İstanbul və Bakı ofislərində sərgidə nümayiş etdiriləcək.

Yarışa qatılmağın yeganə şərti odur ki, mövzu idman və Azərbaycanla bağlı olmalıdır.

REWeb-in yaydığı bəyanatda Münsiflər Heyətində olanlar barədə də məlumat verilib. Ed Qaşi Amerikalı fotojurnalistdir. Bir çox mükafatların sahibidir. Bəyanatda bildirilir ki, o, həmçinin İraq kürdlərinin “Azadlıq Uğrunda” mübarizəsini əks etdirən fotoları ilə tanınır...

Filip Razmer isə Almaniyada doğulub. Vodafone, Nivea, Mercedes-Benz, Sony və Wella kimi nüfuzlu şirkətlər üçün foto-çəkilişlər edib. Lady Gaga, Luciano Pavarotti, Michael Schumacher, Sofi Loren və Eva Grin kimi nəhənglərlə çalışıb.

Aqdes Bağırzadə isə Bakıda doğulub. Onun sərgiləri bir çox ölkələrdə nümayiş etdirilib...

Bu bəyanat onu deməyə əsas verir ki, Taleh Heydərov Avropa Azərbaycan Cəmiyyətinin xətti ilə Bakıda keçiriləcək Avropa Oyunlarının təbliğində xüsusi rol alıb. Artıq o, bu vəzifənin yerinə yetirilməsinə başlayıb.

Musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm