HƏMAS Hizbullaha səsləndi: "İsrailə qarşı cəbhə açın"
Bizi izləyin

Dünya

HƏMAS Hizbullaha səsləndi: "İsrailə qarşı cəbhə açın"

HƏMAS-ın Siyasi Büro rəhbər müavini Musa Əbu Mərzuk Hizbullahı İsrailə qarşı cəbhə açmağa dəvət edib.

Axar.az xəbər verir ki, “Ria Novosti”yə açıqlamasında Mərzuk Hizbullahla birlikdə İsrailə qarşı savaşmaq istədiklərini və bunun böyük məna kəsb edəcəyini vurğulayıb.

Hizbullah lideri Həsən Nəsrullah ötən cümə Qəzzaya hücumlarla bağlı danışarkən "Fələstinlilərin zəfəri bizim zəfərimiz, rüsvayçılıqdan bizim utancımızdır", - deyə bildirmişdi.

Nəsrullah Hizbullahın hər zaman Fələstin xalqı və bütün fələstinli müqavimətçilərin yanında olduğunu bildirərək Qəzzada hədəfin yalnız HƏMAS-ın olmadığını, bütün fələstinli müqavimətçilərin hədəfdə olduğunu qeyd edib.

Qeyd edək ki, İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda bu günə 1283 nəfər ölüb, 7170-i isə yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm