Qum adasında həyəcanlı anlar - Sakinlər təşviş içində
Bizi izləyin

Qırmızı.az

Qum adasında həyəcanlı anlar - Sakinlər təşviş içində

Zığ qəsəbəsi, Qum adası ərəzisində qaz çıxması ilə əlaqədar ciddi qəza vəziyyəti yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bağ evlərinin yerləşdiyi bölgədə ani partlayış olub. Xoşbəxtlikdən partlayış yanğına çevrilməyib. Ancaq yerin altından çıxan qaz ətrafa yayılmağa başlayıb. Ərazidə yaşayan sakinlər ciddi həyəcan keçirməyə başlayıblar. Havada qaz kütləsinin çoxalması nəticəsində, sakinlər evlərini tərk etməyə məcbur olublar.

Qeyd edək ki, sözügedən əraziyə yaxınlıqda yaşayış evlərinin olmasına baxmayaraq bir neçə ay öncə qazçıxarma qurğuları quraşdırılıb və xeyli sayda işçi qüvvəsi ilə texnika cəlb edilib.

Partlayış zamanı işçilər də ərazini tərk ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm