Femen bu dəfə qadınlar üçün soyundu
Bizi izləyin

Dünya

Femen bu dəfə qadınlar üçün soyundu

Türkiyə Baş nazirinin köməkçisi Bülənt Arıncın "Qadın hər kəsin önündə qəhqəhə ilə gülməməlidir" fikrinə “Femen” qrupu reaksiya verib.

Axar.az xəbər verir ki, təşkilatın Türkiyə qolu bununla bağlı Tvitter hesabında şəkil paylaşıb və qadınları müdafiə edib.

“Üzr istəyirik Bülənt Arınc, o ağlamalı halınızı televiziyada hər gördüyümüzdə qəhqəhə ilə gülmədən dura bilmirik!” – deyə təşkilat üzvləri bildiriblər.

Qeyd edək ki, Bülənt Arınc Bursada qatıldığı bir tədbirdə qadının hər kəsin önündə qəhqəhə ilə gülməsinin doğru olmadığını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm