"Bakı müharibəyə başlyacaq"
Bizi izləyin

İqtisadi gündəm

"Bakı müharibəyə başlyacaq"

Azərbaycan əlverişli bildiyi məqamların birində müharibəyə başlayacaq”.

Bunu erməni KİV-ə müsahibəsində politoloq Ayk Martirosyan deyib.

“Bakının neft-qaz kəmərlərinə görə hərbi əməliyyatlara başlamayacağı haqda deyilənlər yalançı özünü sakitləşdirmə nəzəriyyəsindən savayı bir şey deyil. Azərbaycanı müharibədən çəkindirən neft-qaz sektoru yox, zamandır. Nə vaxt ki, bu ölkə uğurlu anı düzgün seçdiyinə, öz ordusunun hazırlığına əmin olacaq, müharibə mütləq başlayacaq. Müharibə əfsus ki, qaçılmazdır”, - deyə o proqnoz edib.

Erməni politoloq pessimistcəsinə belə vəziyyətdə Ermənistanın qəliz durumla üzləşəcəyini də söyləyib:

“Bizim vəzifəmizi odur ki, yeni hərbi qərarlar verə bilək, başqa zonalarda yeni mümkün müttəfiqlər tapaq, gəncliyi hazırlayaq, ermənilərin ruhunu qaldıraq. Bunlarsız yeganə təsəllimiz Azərbaycanda bir neçə yatağın yandırılması olacaq, öz ölkəmizdə isə - yanğın olacaq, hansını ki, söndürmək həddən ziyadə çətin olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm