Dünya
Liviyada xüsusi qüvvələrin qərargahı ələ keçirildi
Liviyada günlərlə davam edən döyüşlərdən sonra islamçı yaraqlılar xüsusi qüvvələrin baş qərargahını ələ keçirib.
ANS PRESS-in məlumatına görə, terrorist alyansı olan Benqazi
İnqilab Şurası və ordu Benqazidə əsas hərbi bazanın ələ
keçirildiyini təsdiq edib.
Vaşinqtonun terrorçu təşkilat adlandığı Ənsar Əl-Şəriə də
döyüşlərdə iştirak edib. Facebook-da yayılan şəkillərdə hücum
zamanı çoxsaylı silah ələ keçirildiyi nümayiş etdirilir.
Şənbə günündən bəri Benqazi döyüşlərində 60 nəfər həlak olub.
Xüsusi qüvvələrin Reuters-ə bildirdiyinə görə, əsgərlər
islamçıların güclü hücumuna müqavimət göstərə bilməyərək geri
çəkilib.
Tripoli hava limanı yaxınlıqdakı döyüşlərə görə iki həftədən bəri
bağlıdır. Rəsmilər yanacaq tankerinə atılan raketin güclü yanğına
səbəb olduğunu bildirir.
Hava limanı uğrunda döyüşlər iyul ayının 13-dən başlayıb. Onlarla
insan həlak olub.
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər