Fələstin İsraili beynəlxalq məhkəməyə verir
Bizi izləyin

Dünya

Fələstin İsraili beynəlxalq məhkəməyə verir

Fələstin İsraili Haaqadakı Beynəlxalq Cinayətlər Məhkəməsinə verməyə hazırlaşır. musavat.com-un məlumatına görə, bu barədə “Əl Ərəbiyyə” telekanalı xəbər yayıb.

Telekanalın bildirdiyinə görə, iddia üçün bütün hüquqi sənədlər Fələstinin ədliyyə naziri tərəfindən artıq hazırlanıb. Başqa təfərrüatlar barədə heç nə deyilmir.

Az öncə Misir İsraili Qəzza sektorunda dinc əhaliyə qarşı ifrat güc tətbiqinə görə kəskin şəkildə qınamışdı. Təkcə ötən gün ərzində havadan zərbələr və artilleriya atəşləri nəticəsində 100 fələstinli, o cümlədən qadın və uşaqlar həlak olub. Hərbi əməliyyatların başlandığı 8 iyuldan sonra öldürülən fələstinlilərin ümumi sayı isə 1359-a çatıb, yaralananların sayı 7600-ü keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm