Bakı-Böyük Kəsik istiqamətində dəmir yolunun təmirinə başlanılıb
Bizi izləyin

Qırmızı.az

Bakı-Böyük Kəsik istiqamətində dəmir yolunun təmirinə başlanılıb

Bu gün Bakı-Böyük Kəsik istiqamətində Padar-Sığırlı mənzilində 2,3 km yolun əsaslı təmirinə start verilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, təmir işləri üç gün davam edəcək.

Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri və Infrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.

Qeyd edək ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafina dair Dövlət Proqrami"nin icrasi çərçıvəsində 10 iyun 2011-ci ildə Tatli-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, 10 dekabr 2013-cü ildə Ağstafa- Poylu mənzilində 317-cü kilometrin əsasli təmiri başa çatıb. Əsaslı təmir olunmuş 317 kilometr 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm