Prezident vəfat etdi – Çempionat təxirə düşdü
Bizi izləyin

İdman

Prezident vəfat etdi – Çempionat təxirə düşdü

Prezident vəfat etdi – Çempionat təxirə düşdü

Argentina Futbol Federasiyasının prezidenti Xulio Qrondona vəfat edib.

Publika.az xəbər verir ki, 83 yaşlı Xulio Qrondona dünən dünyasını dəyişib.

O, ürək ağrılarının şiddətlənməsi səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

Qrondona Argentina futboluna 1979-cu ildən başçılıq edirdi. Bu müddət ərzində yığma komanda 1 dəfə (1986) dünya çempionu olub, 2 dəfə (1990 və 2014) mundialın gümüş medallarını qazanıb, 2 dəfə (1991 və 1993) Amerika Kubokunun sahibi olub və 2 dəfə (2004 və 2008) Olimpiya oyunlarının qalibi adına layiq görülüb.

Qeyd edək ki, Xulio Qrondonanın vəfatı Argentina çempionatının 1 həftə təxirə salınmasına səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm