Məşhur aktyor Bakıya gəlir – FOTO
Bizi izləyin

Tabloid.az

Məşhur aktyor Bakıya gəlir – FOTO

Noyabrın 8-9-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Rusiyanın tanınmış aktyoru Yefim Şifrinin “Şifrinizmı – New” adlı solo konserti təqdim olunacaq.

Bakı səhnəsində ilk dəfə çıxış edəcək aktyorun repertuarına daxil olan monoloqlar artıq uzun illərdir Rusiya estradasının qızıl fondunu təşkil edir. Xüsusi atmosfer, arası kəsilməyən gülüş və ziyalılıq Yefim Şifrinin solo konsertlərinin fərqləndirici cizgiləridir.

Aktyorun Bakıda təqdim edəcəyi yeni solo proqramı təqlidedilməz yumoru və sarsıdıcı satirik monoloqları ilə fərqlənir. “Şifrinizmı – New” əsl bayram, iki saatdan çox davam edəcək şənlik, gülüş və heyranlıqdır.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm