Bakıda qafqazlıların qarşıdurması
Bizi izləyin

İdman

Bakıda qafqazlıların qarşıdurması

Bakıda qafqazlıların qarşıdurması

Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, Azərbaycanın qitənin ikinci dərəcəli klub turnirindəki çıxışını davam etdirən yeganə təmsilçisi "Neftçi" də növbəti sınağına çıxacaq.

Avroliqaya Azərbaycan Kubokunun qalibi kimi qatılan "Neftçi" isə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayıb. “Ağ-qaralar” Sloveniya "Koper"inə evdə uduzsa da (1:2), səfərdə 2 cavabsız qolla qalib gələrək, mərhələ adladı.

Bu mərhələdə isə təmsilçimizin rəqibi Gürcüstan "Çixura"sıdı. Bu komanda Avroliqanın ilk təsnifat mərhələsində Makedoniyanın "Turnovo" klubunu səfərdə 1:0, evdə 3:1 hesabıyla üstələyib. Növbəti qurban isə Türkiyənin "Bursaspor" klubu olub. Hər iki oyunda hesab açılmadığından qalib penaltilərlə müəyyənləşib ki, 4:1 hesabıyla üstün olan "Çixura" "Neftçi" ilə qarşılaşmaq hüququ qazanıb.

Avropa Liqası

Üçüncü təsnifat mərhələsi (ilk oyun)

31 iyul

20:00. Neftçi – Çixura

Hakimlər: Kristian Balay, Sebastyan George, Ovidiu Artene, Katalin Sorin Popa (Rumıniya).

Hakim-inspektor: Jiri Ulrix (Çexiya).

UEFA nümayəndəsi: Vladislav Xodeyev (Rusiya).

Bakı. "Bakcell Arena".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm