“Evimdə çörək yoxdur” deyən adama 100 lirə - Video
Bizi izləyin

Bilgi.az

“Evimdə çörək yoxdur” deyən adama 100 lirə - Video

Prezidentliyə namizəd Ekmələddin İhsanoğlu yanına gələn və “evimdə çörək yoxdur” deyən gənc oğlana 100 lirə verib.

Publika.az Cümhuriyyət.com.tr-yə istinadən xəbər verir ki, avqustun 10-da Türkiyədə keçiriləcək prezident seçkisində müxalifətin vahid namizədi olan Ekmələddin İhsanoğlu İstanbulun Bağçılar və Sancaqtəpə məhəllələrində vətəndaşlarla görüşüb. Görüş zaman yanına gələn bir nəfər “evimdə çörək yoxdur, kim mənə kömək edəcək? Mən uşağımın dərmanlarını almaq üçün neyləməliyəm axı?” deyib.

Cavan oğlanı dinləyən İhsanoğlu cibindən çıxartdığı 100 lirəni (48 manat – red) həmin adama verib.

Vüsal Tağı


İhsanoğlu'ndan "evimde ekmek yok diyen" gence... cumhuriyet

Oxumağa davam et
Reklam
Reklam

Gündəm