Ərdoğan bu dəfə tatuya qarışdı – Video
Bizi izləyin

Dünya

Ərdoğan bu dəfə tatuya qarışdı – Video

Türkiyə baş nazir vətəndaşlarının hər şəxsi işinə qarışır. Qardaş ölkənin cümhuriyyət.com.tr saytı bu barədə yazır.

Publika.az xəbər verir ki, baş nazir bu yaxınlarda bir idman kompleksinin açılışında onu qapıda qarşılayan idmançılarla salamlaşıb. Həmin vaxt Ərdoğanın diqqətini bir futbolçunun qolundakı döymə cəlb edib. Bunu görən baş nazir etirazından qalmayıb.

Ərdoğan idmançının qolunu tutaraq deyib: “Bu döymələr nədir? Niyə bədəninə ziyan vurursan axı? Xaricilərə aldanmayın. Sən gələcəkdə dəri xərçənginə də tutula bilərsən”.

Bundan sonra Ərdoğan idmançıdan məşqçi Fateh Terimə şikayət edib. İdmançı isə döymələrini sildirəcəyinə söz verib.

Xatırladaq ki, Ərdoğanın insanların şəxsi işinə qarışması ilk dəfə deyil. Bundan öncə də baş nazir bir vətəndaşa siqaret çəkdiyi üçün etiraz etmişdi. Bundan başqa, Ərdoğan milli futbol komandanın oyunçusu Arda Turana da yarızarafat-yarıciddi onun uzun saçlarını bəyənmədiyini bildirmişdi.

Vüsal Tağı


Erdoğan 'dövme'ye de karıştı: Bu dövmeler ne ya! cumhuriyet

Oxumağa davam et
Reklam
Reklam

Gündəm