“20 Yanvar”dakı ticarət obyektlərini kim, niyə sökür?
Bizi izləyin

Qırmızı.az

“20 Yanvar”dakı ticarət obyektlərini kim, niyə sökür?

Metronun “20 Yanvar” stansiyası ərazisindəki obyektlərin köçürülməsinə başlanılıb. Artıq metronun giriş və çıxışlarında 10-a yaxın obyekt sökülüb. Ərazidə hazırda işləyən satıcıların Publika.az-a verdiyi məlumata görə, söküntü işləri davam etdirilməyəcək.

Onlar söküntünün kim tərəfindən aparılması barədə məlumatsız olduqlarını desələr də, söküntünün yalnız giriş və çıxışlarla məhdudlaşacağını bildiriblər. Söküntünün səbəbləri və sökülən obyekt sahiblərinin hara köçürülməsi barədə isə məlumatsız olduqlarını deyiblər.

Şəhər İcra hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov söküntü işləri barədə məlumatsız olduqlarını deyib:

“Bizə “20 Yanvar” metrosundakı keçiddə söküntü aparılması barədə göstəriş verilməyib. Köçürülmə olsa, bu, bizim idarə tərəfindən həyata keçiriləcək. Həmin ərazidə köçürülmə planlaşdırılır, lakin dəqiq vaxt bəlli deyil”.

Bakı Metropoliteni QCS-nin mətbuat xidmətindən Metropolitenə aid olan ərazidəki obyektlərin hamısında söküntü işlərinin başa çatdırıldığı bildirilib. Adıçəkilən keçidin isə Metropoliten ərazisi olmadığı deyilib.

Məsələ ilə əlaqədar “Azəryolservis” ASC-i ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev keçidin “Azəryolservis”in balansında olmadığını bildirib.

Ərazinin sahibi və söküntünün kim tərəfindən aparılması bəlli olmasa da, işlər başlanıb və mağazalar sökülüb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm