Bakıda avtomobil dirəyə çırpıldı: ölən var
Bizi izləyin

Qırmızı.az

Bakıda avtomobil dirəyə çırpıldı: ölən var

Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi olub.

Xəzər Rayon Polis İdarəsindən Publika.az-a verilən xəbərə görə, Bakı şəhər sakini Yaqub Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə idarəetməni itirib və yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Nəticədə “Mersedes”də olan sərnişin Etibar Quliyev hadisə yerində dünyasını dəyişib. Sürücü isə istintaqa cəlb olunub. Hazırda Xəzər Rayon Polis İdarəsində araşdırmalar aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm