Qənirə Paşayeva Tovuzda imkansız ailələrlə görüşüb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Tovuzda imkansız ailələrlə görüşüb

TUSİAB rəsmiləri Ramazan Bayramı münasibəti ilə millət vəkili Qənirə Paşayeva ilə birlikdə Ermənistanla ön cəbhə rayonlardan olan Tovuzda imkansız ailələrlə, xəstə və kimsəsizlərlə görüşüb, onların bayramını təbrik edib və 250 ailəyə ərzaq yardımları ediblər.

Millət vəkili Qənirə Paşayeva, TUSİAB Baş katibi Muhsin Sarəhan, baş katibin müavini Selcuq Düzgün, TUSİAB İdarə Heyəti sədrinin müavini Musa Okumuş, İdarə Heyətinin üzvləri Yüksel Akgünün iştirakı ilə Tovuz rayonunun bəzi ön cəbhə kəndlərində və bir sıra digər kəndlərində yaşayan imkansız ailələrlə görüş zamanı Ramazanın bir yardımlaşma, paylaşma, dəstək ayı olduğunu vurğulayaraq onlara Allahdan bütün dualarına çatmalarını diləyib, qayğı və problemləri ilə maraqlanıblar. Ramazan Bayramı münasibətilə imkansız ailələrə verilən ərzaq yardımlarına görə TUSİAB-a və onun rəhbərliyinə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva bu cür yardımların, ozəlliklə cəbhə bölgələrinə edilməsinin çox önəmli olduğunu bildirdi.

TUSİABa bu cür məsələlərdə həssasiyyət göstərməsinə görə təşəkkür edən millət vəkili Qənirə Paşayeva onları da Ramazan bayramı münasibəti ilə təbrik edib. TUSİAB baş katibin müavini Selcuq Düzgün TUSİAB-ın bir təşkilat olaraq bu cür məsələlərdə həssas olduğunu və bu il təqribən 500 ailəyə bu cür ərzaq yardımlarının edildiyini bildirdi. Bu yardımları edən TUSİAB üzvlərinə təşəkkürünü bildirən Selcuq Düzgün bu cür məsələlərdə həssasiyyət nümayiş etdirən millət vəkili Qənirə Paşayevaya ön minnətdarlıqlarını ifadə etdilər. Millət vəkili Qənirə Paşayeva və TUSİAB üzvləri həmçinin ön cəbhədə xidmət edən əsgər və zabitlərlə də görüşərək, onları bayram münasibəti ilə təbrik edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm