Sanksiyalar şelf istehsalına zərbə endirəcək
Bizi izləyin

Ekopublika.az

Sanksiyalar şelf istehsalına zərbə endirəcək

Avropa İttifaqının sanksiyaları əsasən şelf hasilatına və çətin çıxarıla bilən resursların hasilatı layihələrinə təsir edəcək.

Publika.az Caspian Barel-ə istinadən bildirir ki, bunu “Sberbank KİB” nümayəndəsi Valeri Nesterov deyib. O bildirib ki, yeni məhdudlaşdırıcı addımlar xidmət sahəsinə, həmçinin geofiziki və qazma əməliyyatları üçün texnologiyaların alınmasına da zərbə endirəcək.

Nesterov həmçinin qeyd edib ki, AB sanksiyaları Rusiyanın qaz sektoruna da təsir edəcək, çünki qaz hasilatında eyni avadanlıqlardan istifadə olunur. Ekspert ehtimal edir ki, sanksiyalardan böyük ölçüdə “Novatek” şirkətinin Fransanın” Total” şirkəti ilə birgə həyata keçirdiyi “Yamal SPQ” layihəsi də ziyan çəkə bilər.

Xatırladaq ki, 29 iyulda Avropa Birliyi Moskvaya qarşı sanksiyaların üçüncü mərhələsinin tətbiq edildiyini elan edib. Məhdudlaşdırıcı tədbirlər dövlət bankları, neft və müdafiə sektoruna tətbiq edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm