Ekopublika.az
Qiymətli kağızlar bazarının həcmi ÜDM-in 21 faizinə bərabərdir
2014-cü ilin ilk yarımilliyi ərzində qiymətli kağızlar bazarının bütün seqmentləri üzrə aparılan əməliyyatlar 86 faiz artaraq 5,9 milyard manata yüksəlib. Bu da 2013-cü ilin yekununun 70 faizinə bərabərdir.
Publika.az Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, dövr ərzində kapital bazarları vasitəsi ilə maliyyələşmə meyillərinin artım tendensiyası davam etmiş və ilkin bazarda əməliyyatların sayı 2 dəfə, həcmi isə 3 dəfə artaraq 1,7 milyard manata yüksəlib. Hesabat dövründə həmçinin bütün növ qiymətli kağızların təkrar bazar ticarətində əhəmiyyətli canlanma qeydə alınmış və təkrar bazarda əqdlərin sayı və ticarətin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz və 61 faiz artıb. Bütövlükdə, dövr ərzində qiymətli kağızlar bazarının həcmi ÜDM-in 21 faizinə bərabər olub.
Korporativ qiymətli kağızlar bazarında əqdlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz, həcmi isə 3,1 dəfə artaraq 2 milyard manat təşkil edib. Ümumilikdə, 2014-cü ilin birinci yarımilliyi ərzində korporativ qiymətli kağızlar sektorunun həcmi 2013-cü ilin yekun həcmini 12,3 faiz üstələyib.
2014-cü ilin ilk 6 ayı ərzində korporativ qiymətli kağızlar bazarının səhm seqmentində ticarətin həcmi 2,7 dəfə artaraq 748,9 milyon manat olub. Real sektor təmsilçilərinin və xüsusi olaraq bankların səhm bazarı vasitəsilə aktiv maliyyələşməsi səhmlərin ilkin bazarını ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 dəfə artıraraq 732,7 milyon manata çatdırıb.
İqtisadiyyat şöbəsi
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti