AİF istiqrazlarının ticarəti 2,1 dəfə artaraq 349,5 mln manata çatıb
Bizi izləyin

Ekopublika.az

AİF istiqrazlarının ticarəti 2,1 dəfə artaraq 349,5 mln manata çatıb

Azərbaycan İpoteka Fondunun (AİF) təminatlı istiqrazlarının təkrar ticarətinin aktivləşməsi fonunda korporativ istiqrazlar bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 dəfə artaraq 1,2 milyard manata yüksəlib.

Publika.az xəbər verir ki, korporativ istiqrazlar bazarının hər 2 seqmentində müşahidə olunub. Belə ki, hesabat dövrü ərzində ilkin bazarda 826,5 milyon manatlıq, təkrar bazarda isə 375,3 milyon manatlıq istiqraz ticarəti baş tutub. Bu da ötən ilin ilk 6 ayı ilə müqayisədə müvafiq olaraq 4,8 dəfə və 2,2 dəfə çoxdur. Korporativ istiqrazlar bazarının ən likvid aləti olan AİF-in istiqrazlarının ticarəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 349,5 milyon manat təşkil edib. Bu alətlərin ilkin bazarında 40,2 milyon manat həcmində yerləşdirmə baş tutub. Təkrar bazarda isə 309,3 milyon manat həcmində əməliyyatlar qeydə alınıb. Bu da ötən ilin ilk 6 ayı ilə müqayisədə müvafiq olaraq 30 faiz və 2,3 dəfə çoxdur.

Iqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm