İnqilab Keşikçiləri komandirindən İsrailə gözdağı
Bizi izləyin

Dünya

İnqilab Keşikçiləri komandirindən İsrailə gözdağı

Qasım Süleymani Qəzzada baş verən müharibə ilə əlaqədar açıqlama verib.

Publika.az “Fars” agentliyinə istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Qüds Qüvvələrinin komandiri general Süleymani İsrail və mütəffiqlərinə xəbərdarlıq edib. Süleymani İran İslam Respublikasının Fələstin dirənişini dəstəkləməyə davam edəcəyini bildirib.

Süleymani həmçinin Fələstin mübarizəsinin silahsızlaşdırılmasının da qətiyyən mümkün olmayan boş bir xəyaldan ibarət olduğunu deyib.

General bildirib: “Biz Fələstini dəstəkləmək məsələsində həmişə sözümüzün ağası olduq və belə də davam edəcəyik. Yeri, göyü, dənizləri İsrail üçün cəhənnəmə çevirməmiş bir an belə dayanmayacağıq və qələbə qazananadək dirənişə dəstək verəcəyik. Biz Fələstin və Qüds yolunda şəhadəti iftixar bilirik. Tarixin bu vacib günlərində islam və insanlıq üçün silahlanma çağırışı edirik. Müsəlmanlar bir-birilərini qırmaq yerinə Fələstin üçün birləşib düşmənin canına qorxu salmalıdırlar. Fələstin yolunda dirənişdə Allahdan zəfər və uğur diləyirəm”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm