İntihar etmək istəyən şəxs xəstəxanaya yerləşdirildi (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

İntihar etmək istəyən şəxs xəstəxanaya yerləşdirildi (YENİLƏNİB)

İntihara cəhd edən Yusif Əmirov 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Təcili Tibbi Yardım Stansiyasından Publika. az-a bildirilib ki, o, hadisə zamanı özü ilə gətirdiyi benzini üzərinə tökdüyündən xəstəxanada müayinədən keçməsi zəruri sayılıb.

Sabunçu Rayon Polis İdarəsindən isə bildirilib ki, Y.Əmirovun hələ ifadəsi alınmasa da, ilkin məlumata görə, 14 il həbsdə yatan şəxs azadlığa çıxandan sonra cinayət işi yenilənməsinə etiraz əlaməti olaraq bu addımı atıb.

16:06

Koroğlu metrostansiyasının yaxınlığındakı körpünün üzərinə çıxaraq intihar etmək istəyən şəxs xilas olunub.

Publika.az-a daxil olan məlumata görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının onunla apardığı söhbətdən sonra həmin şəxs körpüdən aşağı endirilib və aidiyyəti üzrə təhvil verilib.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm