Ali Rada Yasenyukun istefasını qəbul etmədi
Bizi izləyin

Dünya

Ali Rada Yasenyukun istefasını qəbul etmədi

Ukrayna parlamenti baş nazir Arseniy Yasenyukun istefasını qəbul etməyib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, cəmi 16 deputat A.Yasenyukun istefasına səs verib.

Xatırladaq ki, A.Yasenyuk 25 iyulda vəzifəsindən istefa vermişdi. O, bu addımını parlament koalisiyasının dağılması və hökumətin işləməməsi ilə izah etmişdi. Qanunvericiliyə görə, baş nazirin istefasını parlament təsdiq etməlidir. Ukrayna prezidenti Pyotr Poroşenko isə dünən bildirib ki, Nazirlər Kabineti baş nazir A. Yasenyukun başçılığı ilə öz işini davam etdirməlidir.

Əgər 30 gün ərzində yeni parlament koalisiyası formalaşdırılmasa, Ukrayna prezidenti Ali Radanın buraxılmasını elan etməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm