Deputat uşaq xəstəxanasını restorana çevirdi - Foto
Bizi izləyin

Qırmızı.az

Deputat uşaq xəstəxanasını restorana çevirdi - Foto

Millət vəkili Hadı Rəcəbli Lənkəran uşaq xəstəxanasının köhnə binasında bank və restoran açıb.

Axar.az xəbər verir ki, Hadı Rəcəbli Lənkəran uşaq xəstəxanasının köhnə binasında "Zaminbank"ın yerli filialını açıb. Deputat ona məxsus olduğu deyilən bankı uşaq xəstəxanasının köhnə binasını təmir etdikdən sonra bura köçürüb.

Binanın üst mərtəbəsi isə restoran kimi fəaliyyət göstərəcək. Bu restoranda şənliklər, doğum günləri, nişan mərasimlərinin keçirilməsi nəzərdə tutulub. Məlumata görə, deputat sözügedən binanı özəlləşdirib.

Millət vəkili ardıcıl zənglərimizə cavab vermədiyindən, münasibətini öyrənə bilmədik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm